Ərdoğan: “Ermənistanın qondarma soyqırımı barədə heç bir sübutu yoxdur”


“Ermənistanın qondarma soyqırımı barədə heç bir sübutu yoxdur”.
İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Ankara dəfələrlə Ermənistanı 1915-ci il hadisələrinin araşdırılması üçün arxivləri açmağa çağırsa da, Yerevan bundan imtina edir:
“Ermənistanın arxivləri açmamasının səbəbi odur ki, heç bir “erməni soyqırımı” olmayıb”.
R.T.Ərdoğan əlavə edib ki, Türkiyənin 1915-ci il hadisələri ilə bağlı 1,5 milyon arxiv sənədi var.

Ərdoğan: “Ermənistanın qondarma soyqırımı barədə heç bir sübutu yoxdur” üçün şərhlər bağlıdır
Bütün xəbərlər




















































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































