Azərbaycan və Türkmənistan XİN rəhbərləri arasında telefon danışığı olub

22 aprel tarixində Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarovun Türkmənistan Xarici işlər naziri Rəşid Meredov ilə telefon söhbəti baş tutub.

İnterval.Az-ın məlumatına əsasən, Xarici İşlər Nazirliyindən (XİN) Milli.Az-a bildirilib ki, söhbət zamanı iki ölkə arasındakı ənənəvi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi ilə bağlı bir sıra aktual məsələlər müzakirə edilib.

İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında Türkmənistan dövlət başçısının cari ilin 11 mart tarixində Bakıya rəsmi səfəri zamanı razılaşdırılan ikitərəfli sazişlərin həyata keçirilməsinin vaicbliyi qeyd olunub.

Eyni zamanda, tərəflər nəqliyyat-kommunikasiya sahəsində ikitərəfli əməkdaşlığın xüsusi əhəmiyyətini vurğulayıblar. Xəzər dənizinin Ələt-Türkmənbaşı limanları arasında birbaşa dəniz əlaqəsinin Avrasiya qitəsində iqtisadi-ticarət əlaqələrinin inkişafının mühüm elementi olduğu bildirilib. Nəqliyyat sahəsində qarşılıqlı əlaqələrin yüksək effektivliyini qeyd edən diplomatlar, Şərq-Qərb istiqaməti boyunca nəqliyyat dəhlizlərinin səmərəli fəaliyyətinin təmin olunmasına yönəlik yeni tərəfdaşlıq formalarının axtarışı və tətbiq olunmasına diqqət ayırmışlar.

Bu xüsusda nazirlər Azərbaycan və Türkmənistan xarici siyasət qurumları arasında sıx mütəmadi əlaqələrin saxlanılmasını razılaşdırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Bütün xəbərlər