ABŞ-da iri neft emalı zavodları fəaliyyətini dayandırıb

ABŞ-ın Texas ştatında kəskin soyuqlarla əlaqədar neft emalı zavodları işini müvəqqəti dayandırıb.

Port-Artur şəhərində “Motiva” şirkətinin neft emalı müəssisəsinin fəaliyyəti dayanıb.

“Total” şirkətinə məxsus zavodda isə xam neft emalı prosesi minimuma endirilib və qurğulardan biri dayandırılıb.

Eyni zamanda “Exxon Mobil” şirkəti Beytaun şəhərində zavodu bağlayıb.

Qeyd edək ki, ABŞ-da bir neçə ştatda qar çovğunu davam edir. Ölkənin 24 şəhərində soyuq rekord həddə çatıb.


Bütün xəbərlər