Azərbaycan neftinin qiyməti 118 dollara düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,27 ABŞ dolları və ya 3,48 % azalaraq 118,22 ABŞ dolları təşkil edib.

İnterval.Az  xəbər verir ki, bu barədə “Report”a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 119,09 ABŞ dolları təşkil edib.

İnterval.Az 
Ayla Qafqazlı
Azərbaycan neftinin qiyməti 118 dollara düşüb üçün şərhlər bağlıdır

Bütün xəbərlər