Azərbaycanda dövriyyəsi qadağan edilən …

Azərbaycanda dövriyyəsi qadağan edilən narkotik vasitə və psixotrop maddələrin siyahısı genişləndirilir

Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin siyahısı genişləndirilir.

Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, daha 53 narkotik vasitə və 27 psixotrop maddə həmin siyahıya əlavə edilib.

Dövriyyəsi qadağan edilən narkotik vasitə və psixotrop maddələr bunlardır:

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.


Bütün xəbərlər