Azərbaycan internetin yayılmasına görə Cənubi Qafqaz və Mərkəzi Asiyada liderdir

tən ilin 31 dekabr tarixinə Azərbaycanda internetin nüfuz səviyyəsi 78,2% təşkil edib. Bu göstərici il ərzində 0,6 faiz bəndi azalıb.

Bu barədə “Internet World Stats” beynəlxalq təşkilatının dərc etdiyi qlobal şəbəkə istifadəçilərinin sayına dair hesabatda deyilir.

Hesabatda qeyd olunub ki, Azərbaycanda internet istifadəçilərinin sayı 7,991 milyona çatıb. Bu göstərici il ərzində 0,02% artıb.

Əhali arasında internetin yayılması baxımından Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında Azərbaycan Gürcüstanı, Ermənistanı, Qazaxıstanı, Özbəkistanı, Qırğızıstanı, Tacikistanı və Türkmənistanı qabaqlayır.

Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə göstəricilər:

Ölkə

İstifadəçilərin sayı

İstifadəçilərin əhali sayına nisbəti, %

1

Azərbaycan

7 991 630

78,2

2

Qazaxıstan

14 669 853

77,2

3

Gürcüstan

3 065 000

77,0

4

Ermənistan

2 126 716

71,7

5

Özbəkistan

17 161 534

50,6

6

Qırğızıstan

3 123 000

47,1

7

Tacikistan

3 013 256

30,9

8

Türkmənistan

1 262 794

20,6


Bütün xəbərlər