Birinci vitse-prezident Mehriban Əliyeva tapşırıq verib …

Birinci vitse-prezident Mehriban Əliyeva xalq artisti Rafiq Hüseynov (Rəmiş) ilə bağlı tapşırıq verib.

Bu barədə gitara ifaçısının həyat yoldaşı Güllü Hüseynova məlumat verib.

Onun sözlərinə görə, Rəmiş xəstəxanaya yerləşdirilib.

Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Rəmiş, hazırda həkim nəzarətindədir.

Xanımın sözlərinə görə, Rəmişin müalicəsi Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb. Güllü Hüseynova Rafiq Hüseynova göstərilən diqqətə görə ölkərəhbərliyinə minnətdarlığını bildirib.


Bütün xəbərlər