Ermənistanda yoluxanların sayı 44 700-ü ötdü

Ermənistanda daha 134 nəfərdə koronavirus aşkarlanıb.

“İnterval.az” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 44 783-ə yüksəlib.

Qeyd olunub ki, indiyədək 40 089 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 3 522 aktiv koronavirus xəstəsi var. Ümümilikdə keçirilən testlərin sayı 218 139-a bərabərdir.


Bütün xəbərlər