Instagram şübhəli hesablardan şəxsiyyəti təsdiq edən sənədi tələb edəcək

Instagram fotoservisi şübhəli davranışlara sahib istifadəçi hesablarından şəxsiyyəti təsdiq edən sənədi tələb edəcək. Bu barədə Vc.ru saytı xəbər verib. “Bu üsul ilə biz istifadəçi hesablarının öz abunəçilərini nə zaman yanlış fikirlərə yönəltdilərini anlaya, onları məsuliyyətə cəlb edə və öz sosial cəmiyyətimizin təhlükəsizliyini təmin edə bilərik” – deyə Instagram təmsilçiləri qeyd ediblər. İstifadəçi tərəfindən təqdim olunacaq sənəd dövlət tərəfindən və ya hansısa qeyri-hökumət təşkilatı tərəfindən verilmiş sənəd ola bilər. Bəzi hallarda hətta istifadəçinin selfie fotosu da lazım ola bilər.

    “Biz sizin sənədinizdə yoxlanmaya ehtiyac duymayan heç bir konfidensial məlumatı götürmürük (identifikasiya nömrəsi və ya sosial sığorta). Sənədi göndərməmişdən öncə sənədin üzərində bizə lazım olmayan məlumatları gizlətməyiniz məsləhət görülür” – deyə Instagram bildirib. Təsdiq üçün birinci qrupdan olan bir ədəd sənəd kifayət edir. Məsələn, doğum və ya nikah haqqında şəhadətnamə, sürücülük vəsiqəsi, pasport və s. İstifadəçi həmçinin ikinci qrupa daxil olan sənədlər də təqdim edə bilər.

Bu halda o, 2 ədəd sənəd təqdim etməli olacaq. Bu qrupa bank çıxarışları, nəqliyyat bileti, çek kitabçası, kredit kartı və s. daxildir. İkinci qrupa daxil olan sənədləri təqdim edən zaman həmin sənədlərdə istifadəçinin adı, soyadı, ata adı və ən azı birində fotosu olmalıdır. İstifadəçidən şəxsiyyəti təsdiq edən sənədin təqdim olunmasının vacibliyini Instagram bir sıra özəlliklər ilə təyin edəcək. Söhbət, botlardan, şübhəli davranışlar və ya hallar sərgiləyən istifadəçi hesablarında.

    Şirkət qeyd edib ki, bu yeni qayda Instagram cəmiyyətinin çox az hissəsinə aid ediləcək. Əgər istifadəçi hesabının sahibi öz şəxsiyyətini təsdiqləsə, onun hesabı əvvəlki kimi çalışmağa davam edəcək. Bu halda istifadəçi tərəfindən təqdim edilmiş sənəd şirkət arxivlərində 1 ay müddətində saxlanılacaq. Lakin əgər istifadəçi lazımi sənədləri təqdim etməsə onun hesabı ya bloklana ya da servisdə məhdudlaşdırıla bilər.

Instagram şübhəli hesablardan şəxsiyyəti təsdiq edən sənədi tələb edəcək üçün şərhlər bağlıdır

Bütün xəbərlər