İraqda ABŞ əsgərlərinin olduğu aeroporta 14 raket atıldı: ölən və yaralılar var

İraqda ABŞ əsgərlərinin olduğu Ərbil hava limanına 14 raket hücumu edilib.

Nəticədə bir nəfər ölüb, altı nəfər yaralanıb.

Yaralılardan biri ABŞ əsgəridir.

Bu raketlərdən 10-u ABŞ əsgərlərinin olduğu yerin xaricinə, 4-ü daxilinə düşüb.

ABŞ Xarici İşlər naziri Antoni Blinken Ərbildəki raket hücumları ilə əlaqədar yazılı açıqlama verib və hücumdan “qəzəbləndiklərini” bildirib.

Faktla bağlı istintaq başladılıb.


Bütün xəbərlər