Millət vəkili Naqif Həmzəyev bələdiyyə seçkilərində səs verdi

Dekabrın 23-də ölkə ərazisində olduğu kimi, Gəncə şəhərində də bələdiyyə seçkiləri ilə bağlı səsvermə yüksək əhval-ruhiyyə ilə davam edir.

İnterval.Az Trend-ə istinadən bildirir ki, Milli Məclisin deputatı Naqif Həmzəyev səs vermək üçün 38 saylı Nizami ikinci (Gəncə) Seçki Dairəsi üzrə 15 saylı seçki məntəqəsinə gəlib, bələdiyyə üzvlüyünə namizədlər arasından Gəncənin inkişafında, daha da gözəlləşməsində pay sahibi olacaq ən layiqli namizədlərə səs verib.

Qeyd edək ki, Naqif Həmzəyev 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Bütün xəbərlər