“ModelTürk” Beynəlxalq Model Müsabiqəsinin Azərbaycandakı rəsmi səhifəsi fəaliyyətə başlayıb


İnterval.Az-a verilən xəbərə görə, Azərbaycanda beynəlxalq modelçilik sahəsində yeni layihə fəaliyyətə başlayıb. “ModelTürk” Beynəlxalq Model Müsabiqəsinin Rəsmi Azərbaycan Səhifəsi yaradılıb.
Təqdim olunan rəsmi məlumatda qeyd olunur ki, layihənin françayz sahibi Zamiq Yunisov baş direktoru isə Mətanət Məmmədovadır.

Məlumata əsasən, Azərbaycan direktoriyası ModelTürk® Beynəlxalq Model Müsabiqəsinin ölkəmizdə fəaliyyətinin təşkili, brendin inkişafı və müsabiqə ilə bağlı layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərəcək.

Layihənin təqdimatında həmçinin RCA – Empire Pageants Corporation loqosu yer alıb. Bildirilir ki, Azərbaycan direktoriyası brendin fəaliyyəti və əməliyyatlarını françayzinq sahibinin nəzarəti altında idarə etmək üçün qanuni səlahiyyətə malikdir.

Zamiq Yunisovun françayzinq sahibi kimi, Mətanət Məmmədovanın isə baş direktor kimi təyin olunması layihənin Azərbaycanda institusional şəkildə inkişaf etdirilməsi baxımından diqqət çəkən məqamdır.
Yeni direktoriyanın qarşıdakı dövrdə Azərbaycanda model müsabiqələrinin təşkili, yeni simaların beynəlxalq arenaya çıxarılması və ölkəmizin beynəlxalq modelçilik platformalarında təmsil olunmasına töhfə verməsi gözlənilir.

Bütün xəbərlər



































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































