Prezident doğum gününü ailəsiylə keçirdi – FOTO


Dünən ölkə başçısı İlham Əliyev doğum gününü ailəsi ilə birlikdə qeyd edib.
İnterval.Az xəbər verir ki, doğum günü qonaqlığından fotoları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəsmi İnstaqram səhifəsində paylaşıb.
“Əziz dostlar, təbriklərinizə, səmimi sözlərinizə və arzularınıza görə təşəkkür edirəm! Prezidentimizə və bütün Azərbaycan xalqına Allahdan cansağlığı, xoşbəxtlik və uğurlar diləyirəm! Qoy, Azərbaycanda hər zaman günəş saçsın, əminamanlıq, xeyirxahlıq və sevgi hökm sürsün! Allah hamınızı qorusun!”, – L.Əliyeva səmimi fikirlərini yazıb.
Şəkillərdə Birinci xanım Mehriban Əliyeva, ölkə başçısının oğlu Heydər Əliyev, nəvələri, akademik Arif Paşayev yer alıblar.
Məlumat üçün bildirək ki, Azərbaycanın dövlət, siyasi və olimpiya hərəkatı xadimi, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. O, 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb və 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilən İ.Əliyev, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. Dövlət xadimi 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib.
İ.Əliyev 2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilib. O, 2008-ci, 2013-cü və 2018-ci illərdə Azərbaycan Respublikasının prezidenti seçilib və hazırda prezident vəzifəsini icra edir.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilən Prezident İlham Əliyev ailəlidir və üç övladı, dörd nəvəsi vardır.


Bütün xəbərlər




















































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































