Qızıl alıb-satmaq istəyənlərin diqqətinə – QİYMƏTLƏR AÇIQLANDI

Son günlər dünya bazarında qızılın qiymətində artım müşahidə olunur. Beynəlxalq birjalarda qızılın bir unsiyasının qiyməti iyulun əvvəlində 4 000 dollar ətrafında olduğu halda, hazırda 4 170 dollardan yuxarı səviyyəyə yüksəlib

İnterval.az BAKU.WS istinadən  xəbər verir ki, dünya bazarındakı bahalaşma yerli qızıl bazarına da təsir edib.

Paytaxtda fəaliyyət göstərən zərgər Aqil İsmayılov  açıqlamasında bildirib ki, hazırda 585 əyarlı qızılın alış qiyməti 129,5 manat, satış qiyməti isə 160 manatdır.

Onun sözlərinə görə, 750 əyarlı qızılın alış qiyməti 165,76 manat təşkil edir. Bu əyarlı qızıl məmulatlarının satış qiyməti isə model və işlənməsindən asılı olaraq 200-230 manat arasında dəyişir.

Zərgər qeyd edib ki, ərəb qızılının alışı 194.4-203.3, satış qiyməti isə hazırda 260-280 manat aralığındadır.

İnterval.Az 
Ayla Qafqazlı 
Qızıl alıb-satmaq istəyənlərin diqqətinə – QİYMƏTLƏR AÇIQLANDI üçün şərhlər bağlıdır

Bütün xəbərlər