Şuşa məmurlar paytaxtı deyil!…

Şuşa məmurlar paytaxtı deyil! – Azad olunmuş ərazilərin hər qarışının bərpası Prezidentin nəzarətindədir

Azad olunmuş ərazilərin bərpasına Prezident nəzarət edir.

Bu faktı Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahiəsində növbəti dəfə isbat elədi. Dövlət başçısı azad olunmuş ərazilərimizin, o cümlədən də Şuşa şəhərinin bərpa olunmasının onun nəzarətində olduğunu açıq şəkildə bildirdi.

Mən Şuşanı məmurlar paytaxtı elan etməmişəm, ona görə hərə otursun yerində!
Prezident bəzi dövlət qurumlarının və qurum rəhbələrinin təşəbbüskarlıq göstərərək ucuz populyarlıq qazanmaq və yaxud da ki, özünə hansısa yeni ofis yaratmaq cəhdlərinin qəbuledilməz olduğunu bildirdi.

Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. İşin təşkilini təmin etmək məqsədilə Əlaqələndirmə Qərargahı nəzdində idarələrarası mərkəz, mərkəzin nəzdində 16 işçi qrupu formalaşdırılıb. İşçi qruplarında 55 dövlət qurumunun nümayəndəsi iştirak edir. Bu Qərargaha Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir. Bütün təkliflər, təşəbbüslər ora göndərilməlidir.

Şuşa və digər işğaldan azad olunan ərazilərimiz necə bərpa olunacaq?
Artıq Şuşaya bir neçə gün əvvəl Prezidentin xüsusi nümayəndəsi təyin olunub. Ali Baş Komandan tərəfindən xüsusi tapşırıqlar da verilib.

İlk növbədə bütün işlər ardıcıllıqla plan əsasında aparılacaq. Ən əsas məsələ isə ərazilərin təhlükəsizliyini təmin etməkdir ki, bunun üçün də həmin yerlər minalardan tam təmizlənməlidir.

Daha sonra ziyanın qiymətləndirilməsi prosesi aparılacaq. Yalnız bu proses yekunlaşdıqdan sonra İnfrastruktur layihələrinin icra edilməsinə başlanılacaq. Bu mərhələlər bitdikdən sonra azad olunmuş ərazilərimizdə sosial obyektlərin, yaşayış evlərinin tikintisinə başlanıla bilər.

Azad olunmuş ərazilərin bərpasında isə müsair texnologiyalar tətbiq olunur. Bütün şəhərlərin “ağıllı şəhər” konsepsiyası, “ağıllı kənd” konsepsiyası əsasında baş planları hazırlanır.
Artıq Bakıda və bir sıra bölgələrimizdə ağıllı şəhər komponentlərinin iilk nümunələri quraşdırılıb. Buraya avtobus dayanacaqları, “ağıllı” skamyalar və işıq dirəkləri daxildir. İsmayıll rayonunda isə “ağıllı” avtobus dayanacaqları quraşdırılıb. Günəş enerjisi ilə işləyən “ağıllı” dayanacaq hər 10 dəqiqədən bir tərkibində spirt, xlor və digər zərərli maddələr olmayan və azərbaycanlı alimlər tərəfindən hazırlanmış BIOSANIS dezinfeksiya vasitəsini 10 saniyə müddətində fısqırtmaqla gözləyənləri virusa yoluxmadan qoruyur.

Təbiki, bu sadalananlar “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasının bir hissəsidir. Şuşa və digər azad olunmuş ərazilərimiz isə bütünlüklə bu konsepsiyalar əsasında bərpa olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Bütün xəbərlər