Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək

Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə “Neftçi” (Azərbaycan) və Litvanın “Spartak” (Vilnüs) komandalarının veteranları arasında yoldaşlıq oyunu keçiriləcək.

Bu barədə İnterval.Az -a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Qarşılaşma oktyabrın 4-də, saat 12:00-da start götürəcək. Oyun sözügedən arenada baş tutacaq.

Xatırladaq ki, 1951-ci ildə stadionun açılışında bu iki komanda qarşılaşıb.

İnterval.Az 
Ayla Qafqazlı
Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək üçün şərhlər bağlıdır

Bütün xəbərlər