Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı – Yenilənib – (Foto-Video)

Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

İnterval.Az  xəbər verir ki, saat 12:00-da ölkə ərazisində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayanıb. Avtomobillər səs siqnalları, gəmilər və yerüstü qatarlar isə fit səsləri ilə şəhidlərin xatirəsinə ehtiramlarını ifadə ediblər.

Xatırladaq ki, Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən bu gün Vətən müharibəsində ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş hərbçilərin və bütün şəhidlərin xatirəsinə ehtiramın ifadəsidir.

>

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılır.

İnterval.Az –ın anım tədbirindəki müxbiri xəbər verir ki, sentyabrın 27-də səhər saatlarından ölkənin şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərdə anım mərasimləri keçirilir. Vətəndaşlar Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad edirlər.

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə sentyabrın 27-si Anım Günü kimi təsis edilib. Bu tarix 2020-ci ildə başlayan Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərin, eləcə də bütün şəhidlərin xatirəsinə dərin ehtiramın ifadəsidir.

Küçə, prospekt və meydanlarda, evlərin eyvanlarında Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Şəhidlərin xatirəsi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən də yad edilir.

Qeyd edək ki, saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq.

İnterval.Az 
Mətanət Nadirqızı
Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı – Yenilənib – (Foto-Video) üçün şərhlər bağlıdır

Bütün xəbərlər