Maraqlı 0 2021-01-23
Saxtakarlıqla yaradılan İran tarixi...1925-ci ilə kimi tarixdə heç biz zaman İran adlı dövlət olmayıb.
Tarixə İran adlı dövlət 1925 -ci ildən sonra İranda baş verən dövlət çevrilişindən sonra qeyd edilmişdir. Bu tarixə kimi İran adlı dövlətin oduğunu deyən bir baş bilən varsa , İran adlı dövlətin nə vaxt harada , hansı siyasi qurluşuda olmasını qeyd etməklə coğrafi ərazisini göstərsin.
Bu gün dünyanın başının bəlasına çevrilən İran dövləti əslində öz varlığını İngiltərə və Yəhudilərə borcludur. İndiki İran dövləti süni şəkildə uydurma tarixi baza yaradılaraq, 1925-ci ildə çevriliş yolu ilə yaradılan fars İran dövləti, əslində bugünkü adı və mənşəyi ilə bir əsirlik ömrə belə malik deyildir. Həmin dövlət Rza şahın rəsmi müraciəti ilə İran dövləti adlandırılmışdır. Lakin nə indiki İran ərazisinin adı İran olmuşdur, nə də burada danışılan dilin adı fars dili. Fars (əslində tacikləşmiş etnos) etnosu əsasında İran üçün yazılan 2500 illik tarixin isə onlarla heç bir əlaqəsi yoxdur. Çevriliş yolu ilə İngiltərə tərəfindən hakimiyyətə gətirilən İran tacik dövlətinin tarixi 1925-ci ildən başlanır.
İngiltərə hələ XIX əsr və hətta daha öncədən həmin dövr üçün öz müstəmləkəçilik mənafeyinə uyğun olaraq, başqa-başqa mədəniyyətləri bir-birinə bağlamaqla yaradılacaq İran dövləti üçün tarixi baza yaratmışdır. Təsadüfi deyil ki, indiki fars dövləti olaraq İran dövlətinin heç vaxt özü olmadığı kimi, yazılı tarixi də olmamışdır.1 Ona görə də İrana aid ilk tarixi əsərləri də İngilis məmurları, o cümlədən Con Melkom uydurmalarla yazmışdır. Qeyd etdiyimiz kimi, 1925-ci ilə qədər indiki İran adlanan ərazi heç vaxt rəsmi şəkildə İran adlanmamışdır. Bunu qədim və orta əsr müəlliflərinə aid xəritələrə, o cümlədən Mahmud Kaşğarlının “Divani Lüğat-Əttürk” əsərində verdiyi xəritədən də görmək mümkündür.2 Yalnız bu ərazidə min illiklərlə dövlət quran türk sülalələri mifik İran-Turan anlayışından əhalini xarici düşmənə və çox hallarda rəqibləri olan digər türk dövlətinə qarşı müdafiə ideologiyası formalaşdırmaq üçün istifadə etmişlər. Yəni əslində Elxanilərdən bu yana başlanan həmin proses nəticəsində türk sülalələrinin bəzilərinin adı ilə yanaşı az hallarda istifadə edilən “İran” adı var