“Müharibənin mənfi fəsadları nəticəsində psixoloji problemlər yaşayan müharibə iştirakçıları, qazilər, şəhid ailələri, terrordan fiziki və mənəvi əziyyət görən insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkil olunması məqsədilə yanvar ayında Türkiyədən 20 nəfər klinik psixoloq və psixoterapevt dəvət olunub. Onlar bu günə qədər Fövqəladə Hallar Nazirliyinin psixoloqları ilə birgə Bakıda çalışırlar”.

Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Tibbi və Psixoloji Yardımın Təşkili Şöbəsinin rəisi, tibb xidməti mayoru Xanım Sofiyeva bildirib.

Onun sözlərinə görə, indiyədək türk psixoloqlar tərəfindən Azərbaycanın müxtəlif yerlərindən 112 "Qaynar xətt"inə zəng edib qeydiyyatdan keçən 512 vətəndaşa yardım göstərilib və onlara 990 psixoterapevtik seans həyata keçirilib.

  1. Sofiyeva qeyd edib ki, fevralın 26-dan Vətən Müharibəsində erməni terrorundan ən çox zərər görən Gəncə və Bərdədə də vətəndaşların qəbuluna başlanılacaq: “Vətəndaşların qəbulu Bakıda da dayandırılmır. Bərdə və Gəncədə hələ ki, 1 ay müddətində bu prosesin getməsi nəzərdə tutulub”.