İqtisadiyyat 0 2021-02-18

Bu ilin yanvar ayında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 438,1 min ton təşkil edib və əvvəlki ilin yanvar ayına nisbətən 10% azalıb.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, yüklərin 42,2 faizini neft yükləri təşkil edib.

Məlumata görə, dəniz limanları tərəfindən 766 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 753,3 min tonunu və ya 98,3%-i tranzit yüklər təşkil edib.