Cəmmiyyət 0 2021-02-18

Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının yeni tərkibdə ikinci iclasının vaxtı məlum olub.

Əfv Komissiyasının üzvü, millət vəkili Fazil Mustafa  bildirib ki, komissiyanın növbəti iclası sabah saat 15.00-da videoformatda qruplar halında baş tutacaq.

İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılacaq.

Qeyd edək ki, Əfv Komissiyasının yeni tərkibdə ilk iclası fevralın 16-da keçirilib.