İqtisadiyyat 0 2021-02-18
2020-ci ildə Azərbaycanda pul təklifinin dinamikası aylar üzrə dəyişkən olub. Bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında deyilir. İlin əvvəlindən azalan pul təklifi ilin sonunda xəzinə hesabından büdcə xərcləmələrinin artması ilə yüksəlib. İl ərzində manatla pul bazası 11.6% artıb və dövrün sonuna 13.6 mlrd. manat təşkil edib. Hesabat ilində manatla pul bazasının struktur elementi olan dövriyyədəki nağd pulun həcmi 13.8% artıb, manatla müxbir hesabların qalığı isə 1.2% azalıb.