Fevralın 18-də Türkiyə Prezidentinin Sarayında Azərbaycan Respublikasının Baş nazirinin qarşılanma mərasimi olub. Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovu qarşılayıb. Daha sonra Baş nazirlə Vitse-prezident arasında görüş keçirilib.