2022-ci ilədək Azərbaycanda 10 su anbarının tikintisi, 20-dən çoxunu təmiri planlaşdırılır. Bunu "Meliorasiya və Su Təsərrüfatı" ASC sədrinin müavini Rafiq Aslanov çərşənbə axşamı "Azərbaycanda su infrastrukturunun dayanıqlı inkişafı" adlı Azərbaycan-Almaniya forumunda deyib. Onun sözlərinə görə, Azərbaycanda ümumi sahəsi 200 min hektar olan 43 aqropark mövcuddur:
"Aqroparkların 60 min hektardan çox ərazisi yeni suvarılan ərazilərdir".