Fransada İnterpolun prezidenti Əhməd Nəsir ər-Rəisi barəsində istintaq başlayıb. Interval.Az  bildirir ki, bu barədə Frans-Press agentliyi bildirir. Qeyd olunur ki, İnterpol rəhbəri işgəncələrdə şübhəli bilinir. Məlumatlara əsasən, ər-Rəisi barədə istintaq martın sonundan etibarən başlayıb. Fransanın Milli Antiterror Prokurorluğu iki britaniyalıdan daxil olan şikayət əsasında Paris ədliyyəsinə istintaqa başlamağı tapşırıb. Qeyd edək ki, İnterpolun mənzil-qərargahı Fransanın Lion şəhərində yerləşir. Birləşmiş Ərəb Əmirliklərindən olan Əhməd Nəsir ər-Rəisi ötən ilin noyabrında İnterpolun prezidenti seçilib. Interval.Az