Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə gəlib. Interval.Az bildirir ki, dövlət başçıları Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak ediblər. Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xatirə hədiyyələri təqdim olundu. Sonra birgə foto çəkdirildi. Daha sonra Rize-Artvin Hava Limanının açılışını bildirən lent kəsildi. Interval.Az