Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Sərəncam imzalayıb.   Interval.Az bildirir ki, Sərəncama əsasən, aşağıdakı hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib:   Bağırov Məhəmməd Abduləli oğlu – Füzuli Rayon Məhkəməsinin hakimi və sədri   Əmirxanova Kəmalə Fərman qızı – Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi   Mustafayev Nofəl Qara oğlu – Tovuz Rayon Məhkəməsinin hakimi.   2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Z.Yunisov Interval.Az