Bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndində Dövlət Sərhəd Xidmətinə (DSX) xidmətə məxsus "UAZ" markalı avtomobil hərəkətdə olarkən "Shagman" markalı yük avtomobili "UAZ"ın hərəkət zolağına çıxıb və qəza baş verib. DSX-nin Mətbuat Mərkəzindən  Interval.Az-a  verilən məlumata görə, qəza nəticəsində bir neçə hərbçi xəsarət alıb. DSX-nin hərbi qulluqçusu, baş çavuş Elmir Abbasov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib. Digər yaralıların müayinə və müalicəsi davam etdirilir. Zamiq Yunisov Interval.Az