Azərbaycan Silahlı Qüvvələri peşəkarlıq və öz işinə sadiqlik nümayiş etdirir. Interval.Az    bildirir ki, bunu bu gün Bakıda "NATO günləri" çərçivəsində "SHAPE Partnerships Country Engagement" tərəfdaşlıq şöbəsinin rəisi, polkovnik İqor Tabulov-Truta deyib. "Mən Azərbaycan Silahlı Qüvvələrini nümayiş etdirdikləri inkişafla bağlı təbrik etməliyəm. Qüvvələrin müxtəlif komponentləri bizim operativ potensial konsepsiyası mexanizmimiz sayəsində tam operativ bacarıqlara yiyələniblər". - deyə o bildirib. İ.Tabulov-Truta əlavə edib ki, "NATO günləri" Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı və məqsədyönlülüyünü görmək imkanı yaradıb. "Azərbaycan NATO-nun güclü tərəfdaşı olmaqda davam edir. Onun NATO missiya və əməliyyatlarına töhfəsi hər zaman mühümdür", - o deyib. Zamiq Yunisov  Interval.Az