Interval.Az bildirir ki,    Azərbaycan ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan Şuşanın görkəmli şəxsiyyətləri 1. Pənahəli xan (1693-1763), Qarabağ xanlığının banisi 2. İbrahimxəlil xan (1732-1806), Qarabağ xanı 3. Molla Pəhah Vaqif (1717-1797), Azərbaycan şairi 4. Qasım bəy Zakir (1784-1857), Azərbaycan şairi 5. Xurşidbanu Natəvan (1832-1897), Azərbaycan şairəsi 6. Mir Möhsün Nəvvab (1833-1918), XIX əsrdə Azərbaycanın görkəmli ensiklopedist alimi - tarixçi, astronom, şair, rəssam, xəttat və musiqişünas 7. Cəfərqulu xan Cavanşir (1785-1867), XIX əsrdə Azərbaycanın şair və ictimai xadimi, general-mayor. 8. Hacı Hüsü (1839-1898), Azərbaycan muğam xanəndəsi 9. Əbdülbaği Zülalov (Bülbülcan) (1841-1927), Azərbaycan muğam xanəndəsi 10. Mirzə Ələsgər Növrəs (1836-1912), Azərbaycan şairi 11. Fatma xanım Kəminə (1841-1898), Azərbaycan şairəsi 12. Mirzə Sadıq (Sadıqcan) (1846-1902), Azərbaycan tarzəni və tarı təkmilləşdirən sənətkar 13. Kərbəlayı Səfixan Qarabaği (1817 -1910), XIX əsrdə Azərbaycanın görkəmli memarı 14. Həsənəli xan Qaradaği (1848-1929), Azərbaycan maarifpərvəri, şair, pedaqoq və ədəbiyyatşünas 15. Nəcəf bəy Vəzirov (1854-1926), Azərbaycan yazıçı və dramaturq 16. Mehdiqulu xan Vəfa (1855-1900), Azərbaycan hərbçisi 17. Səfərəli bəy Vəlibəyov (1856-1902), Azərbaycanın görkəmli, maarif xadimi 18. Həmidə xanım Cavanşir (1873-1955), Azərbaycanın ilk maarifçi qadınlarından biri, xeyriyyəçi, tərcüməçi 19. Kərim bəy Mehmandarov (1854-1929), Azərbaycan həkimi 20. Səməd bəy Mehmandarov (1856-1931), general, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri 21. Cabbar Qaryağdıoğlu (1861-1944), Azərbaycan muğam xanəndəsi 22. Qurban Pirimov (1880-1965), Azərbaycan tarzəni 23. Məşədi Məmməd Fərzəliyev (1872-1962), Azərbaycan muğam xanəndəsi 24. Firidun bəy Köçərli (1863-1920), Azərbaycan maarifçisi 25. Haşım bəy Vəzirov (1867-1916), Azərbaycan pedaqoqu 26. Əbdürrəhim bəy Haqverdiyev (1870-1933), Azərbaycan yazıçısı 27. Süleyman Sani Axundov (1875-1939), Azərbaycan dramaturqu 28. Məcid Behbudov (1873-1945), Azərbaycan muğam xanəndəsi 29. Hacı Hüsü (1830-1898), Azərbaycan muğam xanəndəsi 30. Məşədi Zeynal (1851-1918), Azərbaycan muğam xanəndəsi 31. Məşədi Cəmil Əmirov (1875-1928), Azərbaycan tarzəni, bəstəkar, musiqi xadimi. 32. İslam Abdullayev (1876-1964), Azərbaycan muğam xanəndəsi 33. Keçəçioğlu Məhəmməd (1864-1940), Azərbaycan muğam xanəndəsi 34. Feyzulla Mirzə Qovanlı-Qacar (15 dekabr 1872 -1920), Azərbaycan Xalq Cümhuriyyəti ordusunun hərbçisi, general-mayor. Qacar sülaləsinin varisi. 35. Həbib xan Şəkinski (1880-1956), Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəzasının rəisi 36. Zülfüqar Hacıbəyov (1884-1950), Azərbaycan bəstəkarı 37. Üzeyir bəy Hacıbəyov (1885-1948), Azərbaycan opera musiqisinin banisi, pedaqoq, publisist və ictimai-siyasi xadim 38. Əhməd bəy Ağaoğlu (1869-1939), Azərbaycanın ictimai-siyasi xadimi, publisisit 39. Yusif Vəzir Çəmənzəminli (1887-1943), Azərbaycan dövlət xadimi və yazıçı 40. Nəriman bəy Nərimanbəyli (1889-1937), Azərbaycan dövlət xadimi 41. Ceyhun bəy Hacıbəyli (1891-1962), Azərbaycan yazıçısı, ictimai xadim 42. Bədəl bəy Bədəlbəyli (1875-1932), Azərbaycan ictimai- xadimi, pedaqoq 43. Əhməd Ağdamski (1884-1954), Azərbaycan opera müğənnisi 44. Xan Şuşinski (1901-1979), Azərbaycan muğam xanəndəsi 45. Seyid Şuşinski (1889-1965), Azərbaycan muğam xanəndəsi 46. Zülfü Adıgözəlov (1898-1963), Azərbaycan xanəndəsi 47. Sürəyya Ağaoğlu (1903-1989), Türkiyənin ilk qadın vəkili 48. Aliyə Rüstəmbəyova (1907-1942), Sovet İttifaqı Qəhrəmanı qəhrəmanı, partizan hərəkatı iştirakçısı, həkim. 49. Aslan Qaraşarov (1919-1943), Sovet İttifaqı Qəhrəmanı 50. Lətif Kərimov (1906-1991), Azərbaycan xalq rəssamı, naxışşünas və xalçaşünas 51. Şəmsi Bədəlbəyli (1911-1987), Azərbaycan teatr aktyoru və teatr rejisoru 52. Barat Şəkinskaya (1914-1999), Azərbaycan teatr və kino aktrisası 53. Cəlal Qaryağdı (1914-2001), Azərbaycan heykəltəraşı 54. Zakir Bağırov(1916-1996), Azərbaycan bəstəkarı 55. Toğrul Nərimanbəyov (1913-2013), Azərbaycan xalq rəssamı 56. Zakir Bağırov (1929-1989), Azərbaycanın mədəniyyət və elm xadimi, Azərbaycan SSR Mədəniyyət naziri (1971-1988) 57. Xəlil Məmmədov (1916-1989), Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan SSR daxili işlər naziri (1960-1965). 58. Rafiq Xələfov (1939-1998), dövlət xadimi, Azərbaycan SSR Avtomobil yollarının istismarı və tikintisi naziri (1979-1989) 59. Süleyman Vəzirov (1910-1973) - dövlət xadimi, Azərbaycan SSR-in ilk neft sənayesi naziri (1954-1958). 60. Soltan Hacıbəyov (1919-1974), Azərbaycan bəstəkarı 61. Lətif Səfərov (1920-1963), Azərbaycan kino aktyoru və rejissoru 62. Süleyman Ələsgərov (1924-2000), Azərbaycan bəstəkarı 63. Münəvvər Rzayeva (1929-2004), Azərbaycan heykəltəraşı 64. Əfrasiyab Bədəlbəyli (1907-1976), Azərbaycan klassik bəstəkarı,dirijor 65. Rəşid Behbudov (1915-1989), Azərbaycan mügənnisi 66. Fikrət Əmirov (1922-1984), Azərbaycan bəstəkarı 67. Niyazi (1912-1984), Azərbaycan bəstəkarı, drijor 68. Əşrəf Abbasov (1920-1992), Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq 69. Mehdi Məmmədov(1918-1985), Azərbaycan teatr xadimi və teatr rejisoru 70. Teymur Əliyev (Elçin) (1924-1992), Azərbaycan SSR Mədəniyyət nazirinin müavini, şair, publisist 71. Lətif İmanov (1922-1980), akademik, pedaqoq, Azərbaycan SSR əməkdar elm xadimi 72. Validə Tutayuq (1914-1980), akademik, İk azərbaycanlı qadın biologiya elmləri doktoru, professor 73. Vahid Hacıyev (1928-2008), akademik, Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor. 74. Məhluqə Sadıqova (1917-2003), Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti 75. Rafiq Hüseynov (1938-2014), Azərbaycanın xalq artisti, diktor Nərmin Cabbarova    Interval.Az 

Məqaləyə dair fotomateriallar: