"2021-ci ildə Kəlbəcərdə AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov minaya düşərək həyatlarını itirdilər. Halbuki onlar öz dinc peşələrini, jurnalistlik fəaliyyətlərini yerinə yetirirdilər. Nəyə görə indiyədək BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkiatlar bu məsələni hüquqi müstəviyə qaldırmayıb?" İnterval.Az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov deyib. "Məhərrəm İbrahimov və Sirac Abışovun övladlarının gözünün içinə baxa bilmirəm. Şəhid jurnalistlərin övladları haqlı olaraq sual verirlər ki, əllərində silah olmayan insanlar niyə şəhid olmalı idi? Hadisədən 2 ildən çox zaman keçib lakin bir beynəlxalq təşkilat bununla bağlı məsələni  hüquqi müstəviyə qaldırmayıb", - deyə R.Məmmədov bildirib. AzTV-nin sədri bildirib ki, biz qarşılaşdığımız haqsızlıqlarla, itirilən həyatlarla bağlı suallarımıza cavab tapa bilmirik: "Biz Qarabağımızı yenidə qururuq. Bu fakt kimin dağıdıcı və qurucu olduğunu ortaya qoyur".

Zamiq Yunisov 

İnterval.Az

Məqaləyə dair fotomateriallar: