İnterval.Az  xəbər verir ki,  Layihə rəhbəri Məhsəti Hüseynova: Necə ki, Qarabağı geri qaytardıq, Qərbi Azərbaycana mütləq qayıdacağıq. “Azərbaycan - Türkiyə Beynəlxalq Gənclər Forumu" keçirilib. 06 mart 2024-cü il tarixdə İstanbul şəhərində Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation maliyyə dəstəyi, Gənclərin Töhfəsi İctimai Birliyi təşkilatçılığı, "Azərbaycan - Türkiyə Qida Təhlükəsizliyi" İctimai Birliyinin, YTB İstanbul koordinatorluğunun, "Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası"nın," Yeni Çağ" Medya qrupu və" Academix" İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə "Qloballaşmada mədəniyyətlərarası dialoqun rolu: Azərbaycan - Türkiyə Beynəlxalq Forumu həyata keçirildi. Forum şəhidlərin xatirəsini bir dəqiqəlik sükut, Azərbaycan və Türkiyə dövlət himnləri ilə açıq elan edildi. Açılış çıxışında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin ictimai şura üzvü, "Gənclərin Töhfəsi" İctimai Birliyi sədri Asim Vəliyev, layihə rəhbəri, Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi İB sədri Məhsəti Hüseynova, Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı İstanbul Ofisi Koordinatoru Emre Oruç, Azərbaycanın İstanbul konsulu Zaur Allahverdizadə, "Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası"nın sədr müavini Pərviz Məmmədzadə," Yeni Çağ" Medya Qrupu rəhbəri Aqil Ələsgər," İstanbul – Türkiye Azerbaycan Dayanışma ve Kültür Derneği" sədri Sefer Karakoyunlu, "TİMBİR" başqan yardımçısı, "İstanbul Gazeteciler Cemiyeti" başqanı Adil Koçalan, "Demokratik Azərbaycan Naminə" gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud, "Bulgaristan Türkleri Kültür ve Hizmet Derneği"nin (BULTÜRK) yayın orqanı Bulqaristan Gazetesinin Bultürk genel başqanı Rafet Ulutürk çıxış etdi. Forum çərçivəsində Qarabağ və Qərbi Azərbaycan mədəni mirası" adlı birinci panel Azərbaycan Diaspora İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdilinin moderatorluğu ilə siyasi şərhçi, jurnalist Güngör Yavuzaslanın, Ulusal Kanal xəbər spikeri Yeşim Eryılmazın, bloqer-jurnalist Aysu Mola və YTB doktorantı Rəşid Mustafazadənin iştirakı ilə davam etdi. "Qarabağ Zəfərinin qazanılmasında Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin rolu" adlı ikinci paneldə Qərbi Azərbaycan araşdırmaçısı Anar Can Kıtayın moderatorluğu, akademik, Azərbaycan Respublikası Diasporala İş üzrə Dövlət Komitəsinin əməkdaşı Cavid İsmayıl, Türkiyə - Azərbaycan Dərnəkləri Federasiyası koordinatoru Altay Mirzalıyev, "Kazak Türkleri Eğitim Araştırma Derneği" baş katibi Orhun Akdağ və Nihad Nəsirzadənin iştirakı ilə davam etdi. Forum sonunda tərəfdaşlar, spikerlərə təşəkkür plaketi və iştirakçı sertifikatları təqdim olundu. Ayan Zamiqqızı İnterval.Az  Məqaləyə dair foto  materiallar: