Azərbaycan Prezidenti İlham Əliyev Elçin Babayevin yenidən Bakı Dövlət Universitetinin rektor təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.İnterval.Az   AZƏRTAC-a istinadən bildirir ki, bu barədə dövlət başçısının imzaladığı sənəddə deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.13-cü bəndinə uyğun olaraq qərara alıram: Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilsin". Zamiq Yunisov  İnterval.Az  

Məqaləyə dair fotomateriallar: