İnterval.Az bildirir ki, Aprel ayının 3-də saat 03:38-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 19 kiloqram 550 qram narkotik vasitə (19 kq marixuana, 550 qram tiryək) və 4370 ədəd narkotik tərkibli güclü təsiredici Metadon M - 40 həblərinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Zamiq Yunisov  İnterval.Az  

Məqaləyə dair fotomateriallar: