Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham olunduğu məlum olub. İnterval.Az report-a istinadən xəbər verir ki, onlar rüşvət almaqda, mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinirlər. Dövlət Təhlükəsizliyi Xidməti Qax rayonunda əməliyyat həyata keçirib. Trend-in əldə etdiyi məlumata görə, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb. Qeyd edək ki, o, bu vəzifəyə 2010-cu ildə təyin olunub. Zamiq Yunisov İnterval.Az