İnterval.Az xəbər verir ki, Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının (EAPCA) baş katibi Sahil Qasımov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib. Baş katibin müraciətində deyilir: **“Hörmətli Mehriban xanım, İcazə verin, rəhbərlik etdiyim Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası adından və şəxsən öz adımdan Sizə doğum gününüz münasibətilə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırım. Sizin çoxşaxəli fəaliyyətiniz, Azərbaycan xalqına və dövlətinə göstərdiyiniz xidmətlər, milli-mənəvi dəyərlərimizin qorunması və dünyada təbliği istiqamətində gördüyünüz işlər biz, Avro-Atlantik məkanında yaşayan azərbaycanlılar üçün qürur mənbəyidir. Xeyriyyəçilik, humanizm və mədəniyyət sahəsində apardığınız geniş miqyaslı təşəbbüslər yalnız Azərbaycanda deyil, beynəlxalq miqyasda da yüksək dəyərləndirilir və xalqımızın nüfuzunun artmasına böyük töhfə verir. Sizə möhkəm can sağlığı, uzun ömür, dövlətimiz və xalqımız naminə həyata keçirdiyiniz bütün işlərinizdə uğurlar arzulayırıq.” Qeyd edək ki, Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olmaqla yanaşı, həm də Heydər Əliyev Fondunun prezidentidir. Viktoriya Morjayeva   İnterval.Az