İnterval.Az  xəbər verir ki, Qurumdan verilən məlumata görə, Narin xanımın vəfatı kollektiv üzvləri tərəfindən dərin hüzn və kədər hissi ilə qarşılanıb. Bildirilib ki, o, fəaliyyət göstərdiyi müddət ərzində yüksək peşəkarlığı, məsuliyyətli yanaşması, işinə olan sədaqəti və nümunəvi insani keyfiyyətləri ilə seçilən əməkdaşlardan biri olub. Qeyd olunub ki, Narin xanım yalnız təşkilati fəaliyyətində deyil, eyni zamanda musiqi sahəsində də özünəməxsus iz qoymuşdur. O, peşəkar skripka ifaçısı kimi uzun illər dövlət simfonik orkestrində fəaliyyət göstərmiş, Azərbaycan musiqi mədəniyyətinin inkişafına layiqli töhfələr vermişdir. Onun sənətə bağlılığı, səhnə mədəniyyəti və ifaçılıq bacarığı həmkarları və musiqisevərlər tərəfindən daim yüksək qiymətləndirilmişdir. “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi mərhum əməkdaşın xatirəsinin hər zaman ehtiramla yad ediləcəyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir. Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun.
İnterval.Az 
Zamiq Yunisov