Azərbaycanda saatlıq əməkhaqqı modelinin tətbiqi istiqamətində işlər aparılır. İnterval.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda keçirilən tədbirdə deyib. O həmçinin qeyd edib ki, bərabər əməkhaqqı və uşaq hüquqlarının qorunması istiqamətində yeni islahatlar üzərində işlər həyata keçirilir. Nazir xatırladıb ki, müxtəlif illərdə əmək qanunvericiliyinə xeyli dəyişikliklər edilib.
İnterval.Az 
Ayla Qafqazlı