İnterval.Az xəbər verir ki, Azərbaycanda səhiyyə sahəsində peşəkar fəaliyyəti ilə seçilən həkimlərdən biri olan Təbib İbrahimov uzun illərdir ağciyər və tənəffüs sistemi xəstəlikləri sahəsində fəaliyyət göstərir. O, hazırda Ağciyər Xəstəlikləri İnstitutunda çalışmaqla yanaşı, gənc tibb tələbələrinin və gələcək həkimlərin yetişdirilməsində də aktiv rol oynayır. Təbib İbrahimov həm praktik tibbi fəaliyyəti, həm də pedaqoji fəaliyyəti ilə tələbələr və həmkarları arasında böyük hörmət qazanıb. Onun iştirakı ilə keçirilən praktik məşğələlər və tibbi maarifləndirmə proqramları gələcək həkimlərin peşəkar formalaşmasına mühüm töhfə verir. Məlumata görə, o, xüsusilə ağciyər xəstəliklərinin erkən diaqnostikası, müasir müalicə metodlarının tətbiqi və pasiyentlərlə düzgün ünsiyyət sahəsində tələbələrə dəyərli bilik və təcrübə qazandırır. Həmkarları tərəfindən savadlı və məsuliyyətli mütəxəssis kimi xarakterizə olunan Təbib İbrahimov, səhiyyə sahəsində yeni nəslin yetişdirilməsini özünün əsas missiyalarından biri hesab edir. Qeyd edək ki, ölkədə tibb sahəsində həyata keçirilən islahatlar və praktik təhsilin gücləndirilməsi istiqamətində görülən işlər çərçivəsində belə mütəxəssislərin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
İnterval.Az 
Ayla Qafqazlı