İnterval.Az xəbər verir ki, 2 Avqust Azərbaycan Kinosu Günü münasibətilə Azərbaycanın aparıcı işıqlandırma şirkətlərindən biri olan ERTO LIGHTING kino sənayesində çalışan əməkdaşlar üçün xüsusi sosial kampaniyaya start verib.
Kampaniya çərçivəsində 1–15 avqust 2026-cı il tarixlərində kino sahəsində fəaliyyət göstərən şəxslər ERTO LIGHTING şourumunda təqdim olunan işıqlandırma məhsullarını 20% endirimlə əldə edə biləcəklər.
Endirim kampaniyası rejissorlar, operatorlar, aktyor və aktrisalar, prodüserlər, ssenaristlər, rəssamlar, işıq və səs üzrə mütəxəssislər, montajçılar, texniki heyət və digər kino sahəsi əməkdaşlarına şamil edilir.
Kampaniyadan yararlanmaq üçün kino sahəsində fəaliyyət göstərdiyini təsdiq edən vəsiqə, akkreditasiya kartı və ya iş yerindən arayış təqdim edilməsi kifayətdir.
ERTO LIGHTING rəhbərliyi bildirib ki, bu təşəbbüs Azərbaycan kino sənətinin inkişafında əməyi olan peşəkarların zəhmətinə ehtiramın ifadəsidir. Şirkət gələcəkdə də müxtəlif peşə və bayram günləri münasibətilə sosial yönümlü kampaniyalarını davam etdirməyi planlaşdırır.
Müasir və klassik üslubda çilçıraqlar, dekorativ lampalar, LED işıqlandırma sistemləri və eksklüziv interyer həlləri təqdim edən ERTO LIGHTING keyfiyyət, zövq və etibarlılığı bir araya gətirərək müştərilərinə geniş seçim imkanı yaradır.
Əlaqə: 050609 60 69