İnterval.az BAKU.WS istinadən xəbər verir ki, dünya bazarındakı bahalaşma yerli qızıl bazarına da təsir edib.
Paytaxtda fəaliyyət göstərən zərgər Aqil İsmayılov açıqlamasında bildirib ki, hazırda 585 əyarlı qızılın alış qiyməti 129,5 manat, satış qiyməti isə 160 manatdır.
Onun sözlərinə görə, 750 əyarlı qızılın alış qiyməti 165,76 manat təşkil edir. Bu əyarlı qızıl məmulatlarının satış qiyməti isə model və işlənməsindən asılı olaraq 200-230 manat arasında dəyişir.
Zərgər qeyd edib ki, ərəb qızılının alışı 194.4-203.3, satış qiyməti isə hazırda 260-280 manat aralığındadır.