Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə "Neftçi" (Azərbaycan) və Litvanın "Spartak" (Vilnüs) komandalarının veteranları arasında yoldaşlıq oyunu keçiriləcək. Bu barədə İnterval.Az -a Gənclər və İdman Nazirliyindən məlumat verilib. Qarşılaşma oktyabrın 4-də, saat 12:00-da start götürəcək. Oyun sözügedən arenada baş tutacaq. Xatırladaq ki, 1951-ci ildə stadionun açılışında bu iki komanda qarşılaşıb.
İnterval.Az 
Ayla Qafqazlı