Misli Premyer Liqasının XI turu "Zəfər turu" elan edilib. Bu barədə   İnterval.Az -a  Peşəkar Futbol Liqasından (PFL) məlumat verilib. PFL Vətən müharibəsində şanlı qələbənin 6-cı ildönümü ilə əlaqədar bu qərarı qəbul edib. XI turun oyunlarından əvvəl stadionlarda Dövlət Himni səsləndiriləcək. Xatırladaq ki, XI turun matçları noyabrın 6-8-də keçiriləcək.
İnterval.Az 
Ayla Qafqazlı