Xalq artisti Tofiq Bakıxanov dəfn olunub


Görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovla Təzə Pir məscidində vida mərasimi keçirilib.
İnterval.Az report-a istinadən xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, ədəbi-mədəni ictimaiyyətin təmsilçiləri, mərhumun ailə üzvləri, media nümayəndələri iştirak ediblər. Mərhumun nəşi İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Qeyd edək ki, T.Bakıxanov avqustun 23-də vəfat edib.
İnterval.Az
Ayla Qafqazlı

Xalq artisti Tofiq Bakıxanov dəfn olunub üçün şərhlər bağlıdır
Bütün xəbərlər
















































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































