Xankəndidə 128 metrlik müasir teleqüllə inşa olunur

Xankəndi şəhərinin başı üzərində, Şuşa ilə üzbəüz mövqedə müasir tipli teleqüllənin tikintisinə başlanıb. Stansiya dəniz səviyyəsindən 1596 metr yüksəklikdə inşa edilir.

İnterval.az xəbər verir ki, hazırda inşası davam edən tele-radio yayımı stansiyasında qüllənin hündürlüyü 128 metr olacaq. Bu, Qarabağ və Şərqi Zəngəzur regionunda televizya və radio verilişlərinin əhatə dairəsinin daha da genişləndirilməsinə imkan verəcək.

İnterval.az

Ayla Qafqazlı

Xankəndidə 128 metrlik müasir teleqüllə inşa olunur üçün şərhlər bağlıdır

Bütün xəbərlər