Yaponiyada baş vermiş zəlzələdə xəsarət alanların sayı 153-ə çatıb

Yaponiyanın Honsü adasının şimal-şərqində, Fukusima prefekturası sahillərində baş vermiş 7,3 bal gücündə zəlzələ nəticəsində azı 12 nəfər ağır xəsarət alıb.

Bunu Baş nazir Yoşihide Suqa parlamentin aşağı palatasının büdcə komissiyasında müzakirələri zamanı açıqlayıb. Onun sözlərinə görə, bununla da xəsarət alanların ümumi sayı 153 nəfərə çatıb, ölən olmayıb.

“Bu günə olan məlumata əsasən, mənə 12 nəfərin ağır yaralandığı bildirilib, 141 nəfərin xəsarəti isə nisbətən yüngüldür”, – Baş nazir belə deyib.

Baş nazirin sözlərinə görə, sürətli dəmir yolunun zədələnən hissələrindən birində qatarların hərəkəti hələ də bərpa edilməyib. Zəlzələ Honsü adasının şimal-şərqində magistral yolun dağılmasına səbəb olub.


Bütün xəbərlər