Zamiq Yunisov “Model Türk” beynəlxalq model müsabiqəsində Azərbaycanın milli direktoru seçilib


İnterval.Az xəbər verir ki, Azərbaycan media və mədəniyyət sahəsində fəaliyyəti ilə tanınan Zamiq Yunisov “Model Türk” Beynəlxalq Model Müsabiqəsinin Azərbaycan üzrə Milli Direktoru təyin olunub.
Bu barədə “Model Türk”ün rəsmi sosial media səhifəsində paylaşım edilib. Paylaşımda Zamiq Yunisovun fotosu, Azərbaycan bayrağı və “Azərbaycan üzrə Milli Direktor” ifadəsi yer alıb.

Qeyd edək ki, Zamiq Yunisov bundan əvvəl də beynəlxalq model və gözəllik müsabiqələrinin təşkilində iştirak edib. 2014-cü ildə “Crystal Hall”da keçirilən “Miss Globe 89” finalının təşkilatçılarından biri Zamiq Yunisov olub. Həmin layihənin təşkili onun model və gözəllik müsabiqələri sahəsində təcrübəsinin formalaşmasında mühüm mərhələlərdən biri kimi qiymətləndirilir.

“Model Türk” beynəlxalq model müsabiqəsi müxtəlif ölkələrdən iştirakçıların bir araya gətirilməsi, model və moda sahəsində yeni istedadların üzə çıxarılması və beynəlxalq platformada təqdim olunması məqsədi daşıyır.
Zamiq Yunisovun Azərbaycan üzrə Milli Direktor kimi fəaliyyəti çərçivəsində ölkəmizi müsabiqədə təmsil edəcək model namizədlərinin seçimi və Azərbaycan mərhələsinin təşkili istiqamətində işlərin aparılması gözlənilir.
Yeni təyinat Azərbaycanın moda, media və beynəlxalq mədəni layihələrdə təmsilçiliyinin genişləndirilməsi baxımından diqqət çəkir.

Bütün xəbərlər
















































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































