Azərbaycan çempionu "Qarabağ" da bu mərhələnin cavab matçına çıxıb. İnterval.Az  xəbər verir ki, Ağdam klubu Almaniyada bundesliqanın lideri "Bayer"in qonağı olub. Görüşdə "Qarabağ" 90+3-cü dəqiqəyədək qalib durumda olsa da, sonda 2 qol buraxıb. Bununla da "Bayer" mərhələ adlayıb. Komandalar arasında Bakıda keçirilən görüşdə 2:2 hesabı qeydə alınıb. Bu hesab bugünkü matçın gərginliyini bir qədər də artırır. Qeyd edək ki, "Bayer" bu mövsüm Avropada məğlub olmayan yeganə komandadır.  Leverkuzenlilər bütün turnirlər daxil 36 oyundur uduzmur. Xabi Alonsonun çalışdırdığı kollektiv  bunlardan 31-də qalib gəlib, 5 oyunda heç-heçə edib. Xatırladaq ki, "Bayer"lə "Qarabağ" Avropa Liqasının qrup mərhələsində də rəqib olublar. Komandaların Leverkuzendəki oyununda "Bayer" 5:1, Bakıdakı matçda isə 1:0 hesabı ilə "Qarabağ"a qalib gəlib. "Bayer" qrupdan lider, "Qarabağ" isə 2-ci yerin sahibi kimi çıxıb. 14 mart UEFA Avropa Liqası 1/8 finalın cavab oyunu 00:00."Bayer" (Almaniya) - "Qarabağ" (Azərbaycan) - 3:2 Qollar: Abdullah Zubir, 59 (0:1), Juninyo, 68 (0:2), Jeremi Frimponq, 72 (1:2), Patrik Şik, 90+3 (2:2), 90+8 (3:2) Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 64 ("Qarabağ") İlk oyun - 2:2 Hakimlər: Entoni Teylor, Qari Besuik,  Adam Nann Endryu Medli (İngiltərə) Leverkuzen. "Bay-Arena" 01:55 UEFA Avropa Liqası 1/8 finalın cavab oyunu 00:00."Bayer" (Almaniya) - "Qarabağ" (Azərbaycan) - 2:3 (İkinci hissə) Qollar: Abdullah Zubir, 59 (0:1), Juninyo, 68 (0:2), Jeremi Frimponq, 72 (1:2), Patrik Şik, 90+3 (2:2), 90+8 (2:3) Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 64 ("Qarabağ") İlk oyun - 2:2 Hakimlər: Entoni Teylor, Qari Besuik,  Adam Nann Endryu Medli (İngiltərə) Leverkuzen. "Bay-Arena" 01:52 UEFA Avropa Liqası 1/8 finalın cavab oyunu 00:00."Bayer" (Almaniya) - "Qarabağ" (Azərbaycan) - 2:2 (İkinci hissə) Qollar: Abdullah Zubir, 59 (0:1), Juninyo, 68 (0:2), Jeremi Frimponq, 72 (1:2), Patrik Şik, 90+3 (2:2) Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 64 ("Qarabağ") İlk oyun - 2:2 Hakimlər: Entoni Teylor, Qari Besuik,  Adam Nann Endryu Medli (İngiltərə) Leverkuzen. "Bay-Arena" 01:35 UEFA Avropa Liqası 1/8 finalın cavab oyunu 00:00."Bayer" (Almaniya) - "Qarabağ" (Azərbaycan) - 1:2 (İkinci hissə) Qol: Abdullah Zubir, 59 (0:1), Juninyo, 68 (0:2), Jeremi Frimponq, 72 (1:2) Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 64 ("Qarabağ") İlk oyun - 2:2 Hakimlər: Entoni Teylor, Qari Besuik,  Adam Nann Endryu Medli (İngiltərə) Leverkuzen. "Bay-Arena" 01:19 "Qarabağ" Almaniyada "Bayer 04"ə qarşı keçirdiyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda ikinci qolu vurub. Milli.Az xəbər verir ki, 67-ci dəqiqədə Olavio Juninyo növbəti dəfə meydan sahiblərini məyus edib. Hazırda Azərbaycan çempionu 2:0 hesabı ilə öndədir. ***** "Qarabağ" Almaniyada "Bayer 04"ə qarşı keçirdiyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda azlıqda qalıb. Milli.Az xəbər verir ki, Elvin Cəfərquliyev 62-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Azərbaycan çempionu hazırda hesabda öndədir - 1:0. ****** Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda hesab açılıb. "Report"un məlumatına görə, Azərbaycan çempionu meydan sahiblərini məyus edib. 58-ci dəqiqədə Abdullah Zubir fərqlənib. -------- 00:00 "Bayer 04" - "Qarabağ" qarşılaşması start götürdü. -------- 23:00 Almaniyada UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda üz-üzə gələcək "Bayer 04" və "Qarabağ"ın start heyətləri bəlli olub. Milli.Az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq. "Bayer 04": Matey Kovar, Pyero İncape, Odilon Kossunu, Yonas Hofmann, Robert Endrix, Borxa İqlesias, Florian Virts, Edmond Tapsoba, Amin Adli, Ceremi Frimponq, Qranit Caka "Qarabağ": Andrey Lunyov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Juninyo Qeyd edək ki, bu gün Leverkuzen şəhərindəki "BayArena"dakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. İlk matçda heç-heçə qeydə alınıb - 2:2. -------- 20:47 Bu gün UEFA Avropa Liqasında 1/8 finala yekun vurulacaq. Milli.Az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" da bu mərhələnin cavab matçına çıxacaq. Ağdam klubu Almaniyada bundesliqanın lideri "Bayer"in qonağı olacaq. Oyun yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq. Matçı ingiltərəli məşhur hakim Entoni Teylor idarə edəcək. Komandalar arasında Bakıda keçirilən görüşdə 2:2 hesabı qeydə alınıb. Bu hesab bugünkü matçın gərginliyini bir qədər də artırır. Qeyd edək ki, "Bayer" bu mövsüm Avropada məğlub olmayan yeganə komandadır.  Leverkuzenlilər bütün turnirlər daxil 36 oyundur uduzmur. Xabi Alonsonun çalışdırdığı kollektiv  bunlardan 31-də qalib gəlib, 5 oyunda heç-heçə edib. Xatırladaq ki, "Bayer"lə "Qarabağ" Avropa Liqasının qrup mərhələsində də rəqib olublar. Komandaların Leverkuzendəki oyununda "Bayer" 5:1, Bakıdakı matçda isə 1:0 hesabı ilə "Qarabağ"a qalib gəlib. "Bayer" qrupdan lider, "Qarabağ" isə 2-ci yerin sahibi kimi çıxıb. 14 mart UEFA Avropa Liqası 1/8 finalın cavab oyunu 00:00."Bayer" (Almaniya) - "Qarabağ" (Azərbaycan) İlk oyun - 2:2 Hakimlər: Entoni Teylor, Qari Besuik,  Adam Nann Endryu Medli (İngiltərə) Leverkuzen. "Bay-Arena" Ayan Zamiqqızı İnterval.Az  Məqaləyə dair foto  materiallar:

Məqaləyə dair fotomateriallar: