İdman
London klubunun yeni baş məşqçisi bəlli oldu
İngiltərənin “Kristal Pelas” klubunun yeni baş məşqçisi müəyyənləşib. İnterval.Az xəbər verir ki, London təmsilçisi bu posta Tomas Frankı təyin edib. 53 yaşlı danimarkalı mütəxəssislə 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb. Frank son olaraq “Tottenhem”i çalışdırıb. O, daha əvvəl “Brentford”da yeddi il fəaliyyət göstərib və komandanı Premyer Liqaya yüksəldib.…
Read More »“Kəpəz” – “Qarabağ” oyunu üçün azarkeş rekordu qırıldı
Misli Premyer Liqasının XII turunda keçiriləcək “Kəpəz” – “Qarabağ” oyunu üçün bilet satışında rekord qeydə alınıb. İnterval.Az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb. Qarşılaşma üçün bir sutka ərzində 8 400 bilet satılıb. Bu, 15 363 tamaşaçı tutumuna malik Gəncə şəhər stadionunda yerlərin təxminən 55%-i deməkdir. Xatırladaq…
Read More »Xorvatiyada qızıl medal qazanan Kənan Nəsibov: “Ən böyük hədəfim dünya və olimpiya çempionu olmaqdır”
Xorvatiyada keçirilmiş Zaqreb Qran-prisində qızıl medal qazanan Azərbaycan cüdoçusu Kənan Nəsibovun ən böyük hədəfi dünya və olimpiya çempionu olmaqdır. İnterval.Az- xəbər verir ki, 22 yaşlı idmançı bu barədə report-a açıqlamasında bildirib. +100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu yarışla bağlı danışıb: “Təəssüratlarım əladır. Xorvatiyaya çempionluq üçün gəlmişdim. Buna da nail…
Read More »Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında, həmçinin Seneqalın paytaxtı Dakarda təşkil olunan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak etmiş milli komandaların üzvləri, məşqçilər və federasiyanın rəsmiləri ilə görüşüb. Bu barədə İnterval.Az-a federasiyadan məlumat verilib. Görüş zamanı beynəlxalq yarışların nəticələri, Azərbaycan güləşinin dünya arenasında mövqeyi, idmanın…
Read More »“Xankəndi” klubu doğma şəhərinə köçür
“Xankəndi” futbol klubu qış fasiləsindən sonra fəaliyyətini doğma şəhərində davam etdirməyi planlaşdırır. İnterval.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, əsas hədəflərdən biri komandanın gündəlik fəaliyyətini Xankəndidə təşkil etmək və şəhərin idman həyatına inteqrasiya olunmaqdır. Hazırda futbolçular və məşqçilər heyəti zəruri infrastruktur tam formalaşmadığı…
Read More »Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçiləcək
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun müəyyənləşdirilməsi üçün səsvermə başlayıb. İnterval.Az xəbər verir ki, turnirin rəsmi sosial şəbəkə hesabında azarkeşlərə həftənin ən yaxşı çıxışını edən futbolçuya səs vermək imkanı yaradılıb. Belə ki, həftənin ən yaxşı oyunçusu adına aşağıdakı futbolçular namizəd göstəriliblər: Anastasios Douvikas – “Komo” Aleksey Batrakov – “Qalatasaray”…
Read More »Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” adlandırılıb
Misli Premyer Liqasının XI turu “Zəfər turu” elan edilib. Bu barədə İnterval.Az -a Peşəkar Futbol Liqasından (PFL) məlumat verilib. PFL Vətən müharibəsində şanlı qələbənin 6-cı ildönümü ilə əlaqədar bu qərarı qəbul edib. XI turun oyunlarından əvvəl stadionlarda Dövlət Himni səsləndiriləcək. Xatırladaq ki, XI turun matçları noyabrın 6-8-də keçiriləcək. İnterval.Az Ayla Qafqazlı
Read More »Azərbaycan millisinin U-15 dünya çempionatında rəqibi bəlli oldu
Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalında Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşib. İnterval.Az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv C Divizionunun 1/16 final mərhələsində (65-96-cı yerlər uğrunda) Çili yığması ilə qarşılaşacaq. Oktyabrın 28-də Hövsan Yarış Kompleksinin 7B stadionunda keçiriləcək görüş saat 11:30-da başlayacaq. Bu cütün qalibi növbəti…
Read More »Frank Riberi Harri Keynin “Qızıl top” qələbəsinə münasibət bildirdi
Fransa millisinin sabiq yarımmüdafiəçisi Frank Riberi 2026-cı ilin “Qızıl top” mükafatının qalibi olan Harri Keyni təbrik edib. İnterval.Az xəbər verir ki, Riberi təbrik mesajını “X” sosial şəbəkəsində paylaşıb. Fransalı keçmiş futbolçu Keynin uğurunu onun zəhməti, təvazökarlığı və komandaya sədaqəti ilə əlaqələndirib. O, ingiltərəli hücumçunun bu mükafata layiq görülməsinin istedadla yanaşı,…
Read More »Boks üzrə U-19 dünya çempionatı: Azərbaycanın üç təmsilçisi qələbə qazanıb
Azərbaycanın üç təmsilçisi Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-19 dünya çempionatında qələbə qazanıb. Bu barədə İnterval.Az -a Azərbaycan Boks Federasiyasından məlumat verilib. Yarışın beşinci günündə Gülər Hüseynova (51 kq) 1/16 finalda Diana Dudinlə (Ukrayna) üz-üzə gəlib. Boksçu hər 3 raundu aktivinə yazıb və 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27)…
Read More »









