Azərbaycanlı iş adamı Bakıda türk aktyorlarla şam yeməyində – FOTO

Bakıda qonaq olan Türkiyənin ən reytinqli “Eşkiya dünyaya hükümdar olmaz” serialının tanınmış aktyorları şam yeməyində azərbayacnlı təşkilatçıyla bir araya gəliblər.

İnterval.Az xəbər verir ki, dünən Nizami Kino Mərkəzində keçirilən “Aman reis duymasın” filminin qala gecəsindən sonra aktyorlar Ozan Akbaba, Emir Benderlioğlu, Ceren Benderioğlu və Sevinc Gürşen axşam yeməyində maraqlı görüntülərə səbəb olublar.

Belə ki, bir çox belnəlxalq əhəmiyyətli layihələrin təşkilatçısı və rəhbəri olan, tanınmış iş adamı, “Z-Company 2007” şirkətinin rəhbəri Zamiq Yunisov uzun müddətdir mətbuatdan uzaq olmasına baxmayaraq, adıçəkilən məşhurlarla şam yeməyində bir araya gəlib. Səmimi əhval-ruhiyyədə olan kollektiv paytaxtın ən sanballı restoranlarının birində gecə saatlarındək əyləniblər.

Qeyd edək ki, məsələylə bağlı Z.Yunisovla əlaqə saxlamağa çalışırıq, amma təşkilatçı telefon zənglərinə cavab vermir. Görüşdən olan fotoları Z.Yunisovun istifadə etdiyi sosial şəbəkələrdə paylaşıb.

İnterval.Az həmin fotoları təqdim edir.


Bütün xəbərlər